Menu

"Diplomatik missiyalar hücum hədəfi olmamalıdır" - Hikmət Hacıyev

07.11.2020, 20:19

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında Azərbaycanın Xarkovdakı fəxri konsulluğu silahlı hücuma məruz qalmasnı pisləyib.

"Report" xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Diplomatik missiyalar hücum hədəfi olmamalıdır. Şübhə erməni terror təşkilatlarının üzərinə düşür, çünki Ermənistan asimmetrik müharibəyə keçir. Biz Ukrayna hakimiyyətinin operativ reaksiyasını qiymətləndiririk”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol