Son bir həftə ərzində Azərbaycanda 399 cinayət faktı qeydə alınıb, onların da 170-nin üstü isti izlər”lə açılıb.
SalamNews-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Belə ki, bir həftə ərzində ölkədə 42 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 24 nəfər ölüb, 72 nəfər yaralanıb. Cinayət törətdiklərinə görə isə 167 nəfər tutulub.
Qeyd edək ki, statistika oktyabrın 4-11 tarixlərini əhatə edir.

Şərhlər