Menu

Deputatın Şuşa sevinci – VİDEO

08.11.2020, 16:58
Deputatın Şuşa sevinci – VİDEO

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şuşanın işğaldan azad olunmasilə bağlı “Facebook”da paylaşım edib. Komitə sədri yazır:

“Cənab Ali Baş Komandan!

Sizin rəhbərliyinizlə Qəhrəman Azərbaycan Ordusu 28 illik işğaldan sonra qədim Azərbaycan şəhəri Şuşanı işğaldan azad etdi.

Siz bu illər ərzində dünyanın məlum gücləri qarşısında qətiyyət, cəsarət göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədiniz və bütün beynəlxalq kürsülərdə bəyan etdiniz ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim əsas məqsədimizdir.

Siz bu müqəddəs vəzifəni layiqincə icra edirsiniz. Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldunuz.

Ümummilli Liderimizin haqqı halal olsun!

İnanırıq ki, işğal altında qalan bütün torpaqlarımız Sizin rəhbərliyinizlə müzəffər Ordumuz tərəfindən çox qısa bir zamanda azad olunacaq və xalqımız öz ata-baba torpaqlarına qayıdacaq!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol