“Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, lakin bu ayrı razılaşmaların mövzusudur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən, söhbət Azərbaycan ərazilərində atəşkəsə monitorinq mərkəzinin yaradılmasından gedirdi. Bu, Azərbaycandadır və bu birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”, - deyə Kremlin sözçüsü Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən vurğulayıb.


Şərhlər
neytral sülh məramlıları olmalıdır Türkiyə ilə bir yerdə. Təkcə rus ordusu girsə bu bizim ziyanımazadır ... buna başqa ad vermək olmaz, putin 40 gün susdu və nəticədə sülhməramlı adı ilə ordunu Azərbaycana soxdu.
Biz təkcə rus sülh məramlıları istəmirik. Ümumiyyətlə hara rus barmağını qoyur oradan qandan başqa bir şey çıxmır.
Nə əcəb?.. Rusiyada, maqadanda zadda yerləşsə daha sərf ( ruslara)edər