Sabah Ermənistanda 17 partiya İrəvanın Azadlıq Meydanında mitinq keçirəcək. Bu barədə siyasi təşkilatların yaratdığı Şuranın yaydığı məlumatda bildirilir.
Bəyənatda deyilir: “Əziz həmvətənlər, təəssüf ki, tariximizin ən biabırçı səhifəsi dünən yazıldı. Cəbhədə torpaqları və dövlətçiliyi qanı ilə qoruyan əsgərlərin və hamımızın arxasında xain bir müqavilə imzalandı. Bu andan etbarən təcili olaraq kollektiv birliyimiz, daxili iğtişaşlar və təxribatların kənarında qalmaq lazımdır".
"AzPolitika.info"


Şərhlər