Menu

Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir

11.11.2020, 21:48
Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir

Bu gün İrəvana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib. “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib.

Bu yüklərin boşaldılmasına başlandığı da qeyd olunur.

“Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, - açıqlamada qeyd olunur.

Şərhlər

Xalq 2020-11-11 23:22:28

bu rusları qapıdan qovurduq pəncərədən girdilər. Bəs bunları necə çıxardacqsınız? Bu barədə fikirləşsəniz yaxşı olar. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol