Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeniy Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla Dağlıq Qarabağ rayonunda humanitar məsələlərlə bağlı iclas keçirib.
Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, iclasda Rusiya Prezidenti Dağlıq Qarabağda humanitar məsələlərin həll edilməsi və mülki infrastrukturun bərpa olunması məqsədi ilə Qurumlararası Humanitar Mərkəzin yaradılması haqqında məlum verib.
“Biz bura Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyəti müzakirə etmək üçün toplaşmışıq. Ümid edirəm ki, bundan sonra artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməyəcəyik”, - deyə V. Putin bildirib.


Şərhlər
Putin,sen o,qeder qocax ol ki,slavyan kokunden olan ,Ukrayna qardaslarinizla,munaqise ifadesini,isdetmeyin!!!Bizde misal var,ozunde olmyani,basqasinda axtarma!!!
Qarabağda Türk sülhməramlıları olmasa yenə köhnə hamam,köhnə tas olacaq. Rus ermənilərin müdafiəçisi və yardımçısı kimi gəlib.bunu Rüstəmovun cinayətkar Arutyunyanla görüşüş qismən təsdiqləyir.Rqstəmov Arutyunyanla görüşü olduqca şübhəli və qorxuludur...
Sülhməramlıların Komansirinin Arutyanla görüşməsi anlaşılan deyil.Burada yenə məkrli hiylə olması ehtimalı yoxdur?(Rus hiyləsi)
Nə üçün Qarabağ məlumatlarında Xankəndinin adını indi də yenə Stepanakert yazılır?Əsasən Rus mənbələrində.Buna duqqət vermək vacibdir.