Menu

Həmsədrlərin regiona səfər tarixi açıqlandı

11.10.2014, 18:20
Həmsədrlərin regiona səfər tarixi açıqlandı

ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Minsk qrupunun digər həmsədrləri Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) ilə birlikdə oktyabrın 14-18-də regionda səfərdə olacaq.

Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə hazırlıq məsələsini müzakirə edəcəklər.

ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol