Menu

Azərbaycan bu il 239 milyon dollarlıq neft məhsulları ixrac edib

16.11.2020, 17:08
Azərbaycan bu il 239 milyon dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 865,8min ton neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri239,1 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən neft məhsullarının ixrac həcmi 12,7 % artıb, dəyəri isə35,05 % azalıb.

Hesabat dövründə neft məhsulları Azərbaycanın ümumi ixracında 1,95 % paya malik olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol