Menu

Hikmət Hacıyev tvitter profilinin bərpasına görə hər kəsə təşəkkür etdi

18.11.2020, 00:14
Hikmət Hacıyev tvitter profilinin bərpasına görə hər kəsə təşəkkür etdi

"Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış @Twitter profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm. Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi "Biz Birlikdə Güclüyük"! Mübarizəmiz davam edir!"

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

***

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabı bloklanıb.

Buna səbəb kimi erməni tərəfinin çoxsaylı şikayətlərinin olduğu göstərilir.

Qeyd edək ki, müharibə günlərində əsl informasiya meydanına çevrilmiş hesabın 200 min civarında izləyicisi var.

Şərhlər

RT 2020-11-18 08:14:16

Canin saq olsun Hikmet mellim !!!!

Şirin baba 2020-11-18 01:19:49

hikmət hacıyev, bəs deyirdiniz ki, dünya ictimaiyyəti Azərbaycanı dəstkləyir... Əgər dəstəkləyirsə, onda tivt hesabını niyə bağladılar.. .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol