Menu

"Pfizer" peyvəndinin koronavirusa qarşı 95 faiz təsirli preparat olduğu iddia edilir

19.11.2020, 13:16
"Pfizer" peyvəndinin koronavirusa qarşı 95 faiz təsirli preparat olduğu iddia edilir

Əczaçılıq şirkəti "Pfizer" çərşənbə günü hazırladığı koronavirus peyvəndinin 95 faiz effektivliyini və ciddi yan təsirlərinin olmadığını bildirib. Şirkət fövqəladə hallarda istifadə üçün federal hökumətin təsdiqini gözlədiyini deyib.

"Pfizer" peyvəndin 3-cü mərhələsinin sınaqlarından sonra nəticələri açıqlayıb və yaşlı insanlarda COVID-19-un səbəb olduğu ölüm riskinin qarşısını alacağını bildirib.

Amerikanın əczaçılıq nəhənginin bu açıqlaması ilk ümidverici nəticələri aşkar etməsindən bir həftə sonra və peyvənddən təcili istifadə üçün federal hökumətdən rəsmi olaraq təsdiqləməsini xahiş etməyi planlaşdırmasından sonra verilib.

"Pfizer" peyvəndinin son nəticələri ilə bağlı ətraflı məlumat yaymayıb və nəticələri müstəqil ekspertlər tərəfindən araşdırılmayıb.

"Pfizer" və peyvəndin hazırlanmasında onunla birlikdə işləyən Almaniyanın bio-texnologiya şirkəti "BioNTech" bu il dünya boyu 50 milyona qədər, 2021-ci ildə isə 1,3 milyarda qədər peyvənd istehsal etməyi planlaşdırdıqlarını bildirib.

"Pfizer" sınaq nəticələrini dünyanın digər tənzimləyici qurumlarına təqdim edəcəyini də deyib.

Bazar ertəsi ABŞ-da yerləşən Moderna şirkəti də bildirib ki, ilkin sınaqların sonuncu və üçüncü mərhələsindəəldə edilmiş nəticələrəəsasən, hazırladığı eksperimental peyvənd yoluxucu xəstəliyə qarşı 94,5 faiz effektivdir. Massaçusetsdə yerləşən əczaçılıq nəhəngi bu peyvəndi ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçıları ilə birgə hazırlayıb.

Bu, "Moderna"-nın hazırladığı COVID-19-a qarşı 90 faizdən çox effektivliyin əldə edildiyi ikinci eksperimental peyvənddir.

"Moderna" şirkətinin peyvəndi haqda bu xəbər həmçinin ABŞ-ın "Johnson & Johnson" şirkətinin COVID-19 peyvəndinin Britaniyada üçüncü və son mərhələsinin klinik sınaqlarına başladığı vaxta təsadüf edir. "Johnson & Johnson" şirkəti tərəfindən hazırlanan daha bir koronavirus peyvəndinin hazırda Argentina, Braziliya, Meksika, Cənubi Afrika və ABŞ-da genişmiqyaslı 3-cü fazasının qlobal sınaqları həyata keçirilir. (Amerikanın səsi)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol