Şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi taksilərin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.
Trend-in əldə etdiyi məlumata görə, həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.
Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.


Şərhlər
Karantini saxlamaq lazımdır. Komendant saatını da saat 10-çəkib uzatmaq da olar. Ancaq tam qapanma çox pis haldır. Həm psixoloji həm də ki imkan vermək lazımdır kimin imkan var işləsin 5-3 manaq çörək pulu olsun. Onsuz da indi çörək pulu qazanmaq qeyri mümkündür,hər halda imkan vermək lazımdır