“Bir sıra dövlətlər 10 noyabr bəyanatını qəbul etmək istəmir”. Deputat Vahid Əhmədov bu fikri Fransanın həmsədrlikdən uzaq mövqe nümayiş etdirilməsinə münasibət bildirərkən söylədi. O bildirdi ki, dövlət başçımız iradəsini ortaya qoyaraq bu bəyanatı imzaladı, amma bəzi qüvvələr bu uğurumuzu qəbul edə bilmir.
“Fransa həmişə Ermənistanın yanında olub, həm qondarma “soyqırım” məsələsində, həm də digər məsələlərdə. Bu dövlətin fəaliyyəti göstərir ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz”, - V.Əhmədov bildirdi. Ardınca komitə sədri Səməd Seyidovdan xahiş etdi ki, Fransanın mövqeyi ilə əlaqədar olaraq rəsmi mövqe ortaya qloyulsun: “Təklif edirəm ki, bununla əlaqədar Milli Məclis bir bəyanat qəbul etsin, Fransanın həmsdərlikdən uzaqlaşdırılması ilə əlaqədar olaraq. Həmsdər ölkə belə bir mövqe tuta bilməz!”
Deputat Türkiyənin həmsədr ölkə olaraq fəaliyyət göstərməsini təklif etdi.
V.Əhmədov ardınca qeyd etdi ki, dekabrın 1-dək Ermənistan ordusu Kəlbəcər və Laçından çıxmalıdır: “Laçın və Kəlbəcərdə Azərbaycan bayrağı yüksələcək. Amma mən bir Azərbaycan vətəndaşı kimi istərdim ki, bizim bayrağımız Xocalıda, Xocavənddə, Xankəndidə də ucaldılsın”.
V.Əhmədov sonda Vətən Müharibəsindəki qələbə münasibətilə xalqı təbrik etdi.


Şərhlər
Vahid müəllim! Siz Kəlbəcərin boşaldılmasını dekabrın 1- nə niyə uzatdınız?
Çox sağ olun Vahid müəllim. Həmişəki kimi doğru dürüst yanaşmaya görə.
Milli Vəkil V.Əhmədov siasi-hüquqi işlərimizə ciddi-mühəndis dəqiqliyi ilə yanaşır! Bütün Siyasi Aləm daşnaq əsarətində olan Fransa da daxil olmaqla 9 min kv km ərazi ilə təsdiqlənib, sonra 1988ci ilə qədər Azərbaycanla heç iddiasız qonşu kimi yaşayıb! Dağlıq Qarabağ da daxil olmaqla bütün ərazilərimizdə Azərbaycan bayrağının qaldırılması heç bir şübhə doğura bilməz? Böyük Rusiyalı və doğma Türkiyəli qardaşlarımız da bizim hüquqlarımıza dəstəkdirlər!