"Biz buraya böyük planla gəlmişik" - Şoyqu Paşinyanla görüşdə

Rusiyanın hazırda Ermənistanda olan müdafiə naziri Sergey Şoyqu baş nazir Nikol Paşinyanla görüşündə RF prezidenti Vladimir Putinin onların qarşısına qoyduğu vəzifələrdən bəhs edib.

Şoyqu deyib ki, həmin vəzifələrdən biri qan tökülməsinin qarşısını almaqdır: “Biz bunu etmək niyyətində və əzmindəyik”.

Şoyqu deyib ki, biz əməkdaşlığımızı hərbi, hərbi-texniki xətt üzrə davam etdirməyi müzakirə edəcəyik: "Biz buraya böyük planla gəlmişik və onu gerçəkləşdirməyə ümid edirik".

Sergey Şoyqu bildirib ki, bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq.

“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də - red.) bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xanəkəndindən köçənlərin geri qayıtmasını və hərkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib.

Qeyd edək ki, noyabrın 21-də Sergey Şoyqu Nikol Paşinyanla görüşüb.

635x100

Şərhlər

Teyfur Qovlar Şəhəri 2020-11-21 12:31:38

Gələçək ŞUARIMIZ ƏZƏLİ TORPAQLARIMIZDA YARADILAN Ermənistan AZƏRBAYÇANDIR

Son yazılar