ONDAN ARTIQ DEPUTAT KORONAVİRUSA YOLUXUB! – Testi pozitiv çıxan daha bir deputatın adı məlum oldu (Yeniləndi)

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər. 

"Gününsesi.info" saytı xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayıb. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib. 

Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi. 

"AzPolitika"-ya daxil olan məlumata görə, koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır. Günün sonunda daha bir deputatın - Qənirə Paşayevanın da koronavirusa yoluxduğu məlum olub.  

Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.

“AzPolitika.info”

635x100

Şərhlər

Vəli 2020-11-22 19:25:53

Bu deputatların hamısı yoluxsa və hətta virusdan rəhmətlik olsalar Azərbaycan heç nə uduzmaz.Lazımsız şəxsləri siyahi ilə oturtmusunuz.

PAPA RIMSKI 2020-11-22 08:57:48

SAQ ELLERI O BIRI DEPUTATLARIN BAWINA...AMIN

t.ədalət 2020-11-21 23:30:55

Ola bilsin ki,parlamentin növbəti iclasını ləngitmək üçün Rusiyanın hansısa istəyinə görə birdən-bvirə parlament üzvlərini "virusa yoluxdurublar".

Samir 2020-11-21 21:37:52

Şükür!

Xalx 2020-11-21 20:30:53

Duptatlar maska taxmır, əllərini həftədə 1 dəfə yuyurlar. Restoranlara gedirlər,... Ən əsası isə məsafə saxlamırlar ( çünki ,məsafədən girmək olmur... otağa təbii ki...)

hərbi pensiyaçı 2020-11-21 19:39:11

Bu virus yuxarıdan aşağı tmizlənməlidir!

Sənan 2020-11-21 17:12:20

O deputatdan heç olmasa qocalardan biri rəhmətə getsə inanmaq olardı ki virusdan öldü. Müharibəyə nə özü uşaq ya nəvələri getmədi. Heç olmasa özü virusdan şə

Kələntər 2020-11-21 16:48:02

Milli Məclisi.... təmizləmək lazımdır ki başqalarını da yoluxdurmasınlar.

miri 2020-11-21 15:15:35

İnsanların haqq istəklərinin həyata keçirilməsində yardımçı olan hər bir hadisəyə Şükürlər olsun. İNŞƏALLAH.

Son yazılar