"Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu anlamalıyıq”.
Bizim.Media erməni mətubatına istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yeni müdafiə naziri Vaqarşak Arutyunyanı nazirliyin heyətinə təqdim edərkən bu sözləri deyib.
O, Qarabağdakı məğlubiyyətdən sonra Ermənistan Silahlı Qüvvələrində islahatların aparılmasının vacibliyini qeyd edib.
“Orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə üzləşdiyimiz açıqdır. Ordunun uğurlu fəaliyyəti üçün Silahlı Qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmaq lazımdır”-deyə o əlavə edib.


Şərhlər
Biz Qarabağla bağlı ehtiyatımızı həmişə etməliyik.Sülhməramlı adı ilə böyük bir cəbbəxananı Qarabağa yerləşdirən Rusiya hər an erməniləri silahlandırıb və oradakı hərbiçilərinin təyinatını dəyişə bilər.Rusiya əsrin o tayından gələn həmin qatil Rusiyadır.Xançobanı Şərur düzündən didərgin salan Rusiyadır.Nə isə.Ehtiyat igidi qoruyar.