Menu

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 4 mini ötüb

22.11.2020, 11:31
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 4 mini ötüb

Gürcüstanda son sutkada daha 4 048 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 856 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 104 732 yoluxma halı təsdiqlənib. Virusa yoluxanların 85 639-u sağalıb, 976-sı isə ölüb.

Hazırda karantin zonalarında 2 159, stasionar nəzarətdə 6 189 nəfər var. 3 449 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altında saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol