Menu

"Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidir" - Hikmət Hacıyev

22.11.2020, 12:46
"Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirməlidir" - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablayacağı barədə bildirib.

"Report" xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Beynəlxalq ictimaiyyət Ermənsitanın işğal dövründə Füzulinin dağıtmasının miqyasını qiymətləndirməlidir”.

O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və işğaldan azad edilmiş Füzuli rayonundadırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol