“RUSLARIN TEZLİKLƏ ÇIXIB GEDƏCƏKLƏRİNİ GÖZLƏYİRƏM...” – “Artıq Dağlıq Qarabağda heç bir güzəştdən söhbət gedə bilməz”

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında noyabrın 10-da imzalanan bəyannamə ilə müharibə dayansa da, bu sənəd ətrafında müzakirələr davam edir. Bir çoxları Qarabağa rus sülhməramlılarının gəlişini Azərbaycan və ümumilikdə region üçün təhlükə kimi qiymətləndirir.

“AzPolitika.info” bu mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib:

- Sərdar bəy, noyabrın 10-da məlum razılaşma ilə müharibə dayandı, proseslər diplomatik məcraya keçid etdi. Bu istiqamətdə atılan qarşılıqlı addımları necə qiymətləndirmək olar?

- Məncə, müharibə deyil, döyüş dayandırılıb. Azərbaycan və Ermənistan arasında müharibə o zaman başa çatacaq ki, bu iki ölkə qarşılıqlı tanınma müqaviləsi imzalasınlar, səfirlik mübadiləsi həyata keçirsinlər, bir-birinə qarşı ərazi iddiasında olmasınlar. Bunlar olmadan müharibənin başa çatmasından necə söhbət gedə bilər?

- Sizə görə, müharibənin nəticələri nədən ibarət olub?

- Biz böyük nailiyyətlər əldə etmişik. Erməni qüvvələrinin 30 il müddətində formalaşdırdığı müqaviməti qırdıq. Qısa müddət ərzində işğal olunan ərazilərimizin bir hissəsini savaş yolu ilə azad etdik, düşməni məcbur etdik ki, üç rayonumuzu dinc yolla Azərbaycana qaytarsın. Bu da həm Azərbaycan Ordusunun qüdrətini göstərdi, həm xalqımızın milli birlik və həmrəylik içində olduğunu nümayiş etdirdi, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb oldu. Diqqət edin, bu məsələdə əksər ölkələr bitərəf qalsalar da, bir sıra dövlətlər Azərbaycanın haqq işinin yanında dayandılar. Burada çox nüfuzlu dövlətlər var - İngiltərə, Ukrayna, İsrail, Pakistan, Türkiyə, Rumıniya, Baltikyanı ölkələr və sair. Adını çəkdiyim və çəkmədiyim ölkələr Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmasının vacibliyini elan etdilər. Bu da bizim nailiyyətimizdir.

- Nədənsə Rusiyanın adını çəkmədiniz...

- Açığını deyim ki, Rusiya bu məsələdə səmimi münasibət nümayiş etdirmir. Bir tərəfdən Qarabağ məsələsini Azərbaycanın daxili işi hesab edir, digər tərəfdən özü birtərəfli qaydada Dağlıq Qarabağa sülhməramlı adı altında qoşun yeridir. Və ərazidə müxtəlif qərarların icra edilməsi işinə başlayır. Rusiya bu baxımdan ədalətli mövqedə olmadığını, beynəlxalq hüquqa uyğun davranmadığını nümayiş etdirir.

Bəli, Rusiya açıq şəkildə Ermənistanı müdafiə etmədi, amma sonda bizim bu müharibəni tam və qəti qələbəylə bitirməyimizə də imkan vermədi. Beləcə, problemin daha bir neçə il uzanmasına səbəb olacaq addım atdı. Rusiyanın iştirakı ilə həyata keçirilən atəşkəs qeyri-adi bir hal deyil. İndiyə qədər onlarla belə atəşkəs razılaşması əldə olunsa da, davamında qanlı müharibələr müşahidə edilib. İndi biz izləməliyik görək, bu atəşkəsin arxasında Rusiyanın hansı niyyətləri var. Ermənistanı gücləndirmək, Dağlıq Qarabağdakı qüvvələri yenidən silahlandırmaq və sair... Bunların hamısına ciddi şəkildə diqqət yetirilməli, proseslər müşahidə edilməlidir.

- “Müşahidə edilməli” dedikdə Türkiyəni nəzərdə tutursunuz?

- Mən çox şadam ki, Türkiyə bu məsələdə Azərbaycanla bir yerdədir. Artıq Dağlıq Qarabağda heç bir güzəştdən söhbət gedə bilməz. Beynəlxalq hüquqa uyğun olaraq, Rusiya Azərbaycanın mövqeyini qəbul etməyə məcburdur. Necə ki, bu, baş verdi.

- Sizcə, Rusiya sülhməramlı qüvvələrinin bu problemin həllinə cəlb edilməsi hansı nəticələr yarada bilər?

- Beynəlxalq hüquqa görə sülhməramlılar yalnız BMT mandatı ilə fəaliyyət göstərə bilər. Yəni sülhməramlı kontingentlər birmənalı olaraq BMT-nin rəhbərliyi altında fəaliyyət göstərir. Burada isə sadəcə olaraq rus qoşunlarının prosesə müdaxiləsi var. Biz beynəlxalq hüquqa əsasən burada klassik sülhməramlı qüvvələrin olduğunu deyə bilmərik. Həm də Rusiya bu qərarı birtərəfli qaydada qəbul edib. Prezident Putin özü qeyd etdi ki, razılaşmanı guya özü yazıb. Əgər bu qərar BMT-də qeydiyyatdan keçirilməyibsə, Rusiyanın missiyası qəbul edilməyibsə, deməli, bunu klassik sülhməramlı qüvvə kimi qəbul etmək olmaz.

- Rusiya bu razılaşmanı BMT Təhlükəsizlik Şurasında qeydiyyatdan keçirə bilərmi?

- Yox.

- Niyə?

- Çünki bu, müqavilə deyil, siyasi bəyanatdır. Nəzərə almaq lazımdır ki, müqavilə hüquqi sənəd, bəyanat isə siyasi razılaşmadır. Burada sadəcə olaraq niyyət ifadə edilir ki, biz müharibəni dayandırırıq, Rusiya nəzarətçi, Türkiyə isə müşahidəçi rolunu oynayır. Odur ki, bu, müqavilə deyil. Bəyanatı isə BMT-də qeydiyyatdan keçirmək gülməli olardı.

- Sizcə, bundan sonra Qarabağ münaqişəsi ətrafında vəziyyət hansı ssenari üzrə inkişaf edəcək?

- Hesab edirəm ki, münaqişə davam edəcək. Əgər hadisələr normal şəkil almayacaqsa, Azərbaycan xalqının maraqlarına uyğun olmayan addımlar müşahidə ediləcəksə, Ermənistan axmaq addımlar atmağa başlayacaqsa vəziyyət daha da qəlizləşəcək. Beləcə, burada iki dövlətin –Türkiyə və Rusiyanın iştirakı ilə müharibə ola bilər.

- Siz yəqin ki, nəzəri baxımdan belə bir fərziyyə irəli sürürsünüz...

- Nəzəri deyil. Düzdür, Rusiya Türkiyə ilə vuruşmağa meyl etməyəcək. Çünki iqtisadi baxımdan Türkiyə ilə ciddi əlaqələrə malikdir. Üstəlik, Liviya və Suriyada qarşılıqlı münasibətləri var. Həmçinin, ətrafdakı türkdilli dövlətlər bundan razı qalmaz. Və nəhayət, Rusiyanın daxilində milyonlarla türkdilli vətəndaş var. Bütün bunları nəzərə aldıqda, Rusiya belə bir müharibəyə meyl etməz.

Türkiyə isə açıq şəkildə Dağlıq Qarabağda hər hansı bir kiçik güzəştə belə gedilməyəcəyini bəyan edib. Bu baxımdan beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalıdır, ermənilər əgər istəyirlərsə, Qarabağda yaşamalıdırlar. Onların da təhlükəsizliyini Azərbaycan dövləti təmin etməlidir, Rusiya yox. Rusiya da qoşunlarını götürüb çıxıb getməlidir. Qarabağ məsələsinin qısa müddətdə sülhlə həlli yolu bundan ibarətdir. Yoxsa, Ermənistanda radikal qüvvələr var, böyük bəyanatlar verirlər, tarixi saxtalaşdırırlar, özlərinə “Böyük Ermənistan” dövləti qururlar, özlərini dünyanın ali irqi hesab edirlər və sair - bu yolla biz uzağa gedə bilmərik. Yəni ermənilərlə sülhə nail ola bilmərik.

- Sizcə, Rusiya sülhməramlıları regiondan nə zaman gedəcək, ümumiyyətlə gedəcəkmi?...

- Mən onların bir ildən, hətta 6 aydan sonra çıxıb gedəcəklərini gözləyirəm. Çünki onların 5 il və daha çox müddətdə qalması hansısa zərurətlə əlaqəli deyil. Situasiya elə gətirə bilər ki, Rusiya öz missiyasının başa çatdığını elan edə və ərazilərimizdən çıxa bilər. Yəni burada “hökmən 5 il qalmalısan” deyə bir şey yoxdur.

Əslində, Ermənistan dövləti çox ağılsız hərəkət edir. Yəni gücünə adekvat iddialar irəli sürmür. Ermənilər buarda normal mövqe tutsa, Azərbaycanla bərabər Ermənistanın da maraqları təmin olunar və Rusiyanın bölgədə iştirakına ehtiyac qalmaz. Amma Ermənistan elə addımlar atır ki, bunun nəticəsində onun dövlət sistemi tam çökəcək və bu ölkə Rusiyanın quberniyası vəziyyətinə düşəcək.

Erməni xalqı reallıqla ayaqlaşmadı. “Çox istəyən azdan da olar” məsəli var. Onlar ortaya ədalətsiz ideya atdılar, bunun girovuna çevrildilər və indi də dövlətçiliyi itirmək təhlükəsi ilə üz-üzədirlər.

- Necə düşünürsünüz, üçtərəfli anlaşma bizə imkan verəcəkmi ki, Xankəndidə, Ağdərədə, Xocavənddə və Xocalıda suverenliyimizi bərpa edək?

- Sadaladığınız rayonlar beynəlxalq hüquqla Azərbaycanın tanınan əraziləridir. Biz müharibə yolu ilə ərazilərimizi tamamilə azad etmək iqtidarında olduğumuzu sübuta yetirdik. Odur ki, Azərbaycan suverenliyini Xankəndi daxil olmaqla hər yerə yayacaq. Zatən Azərbaycan Ordusu Xankəndinin bir neçə kilometrliyindədir. Üstəlik, Ağdərə, Xocavənd və Xocalının bəzi kəndləri bizim əlimizdədir, bu istiqamətlərdə əsas yüksəkliklər bizim nəzarətimizdədir, Şuşa bizdədir. Ermənilərin özləri etiraf edirlər ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır. Bu mənada strateji üstünlüklər bizim əlimizdədir.

Bütün bunlardan nəticə çıxararaq, Ermənistan bəyan etməlidir ki, bir daha Azərbaycan ərazilərinə qarşı iddia irəli sürməyəcək. Bu, imkan verərdi ki, biz qonşu kimi yaşayaq. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Azərbaycanda yaşaması üçün heç bir problem yoxdur. Zatən bu gün Azərbaycanda çoxlu sayda erməni yaşayır. Onlara da bir söz deyən yoxdur.

- Siz təkidlə deyirsiniz ki, Ermənistan haqq yoluna gəlsə, Cənubi Qafqazda hər kəs sülh içində yaşaya və maraqlarını təmin edə bilər. Sizcə, nədən Ermənistan hətta son ağır məğlubiyyətdən sonra da bu reallığı qəbul etmir?

- Çünki ermənilərin ipi öz əllərində deyil və bu, sübut olunmuş məsələdir. Özləri bilər. Reallıq budur ki, artıq proses Azərbaycan-Ermənistan müstəvisindən Rusiya-Türkiyə müstəvisinə keçib.

- Bu, təhlükəli deyilmi?

- Təhlükəlidir, amma bunun alternativi də yoxdur. Ən doğru variant budur ki, Türkiyə bu məsələdə söz sahibi olsun və Azərbaycanın maraqlarının müdafiəsinə dəstək göstərsin. Onsuz da ermənilər daim ruslar vasitəsilə bizi məğlub etməyə çalışıb. Əslinə baxsanız, bu problemi ruslar yaradıb. Onlar da qarşılarında Türkiyəni görməyənə qədər öz fikirlərindən əl çəkməyəcək, Azərbaycan xalqına sıradıqları 200 illik problemin həllinə imkan verməyəcəklər.

- Sizcə, bir müddətdən sonra Türkiyədə Ərdoğan kimi böyük düşünən və xarizmatik lideri başqa biri əvəz etsə, bu, bizim üçün problem yaratmazmı?

- Xeyr. Burada söhbət Türkiyə dövlətindən gedir. Məsələ Prezident Ərdoğanla bağlı deyil. Bu, dövlət siyasətidir. Buraya türk ordusunun gəlməsi qardaş ölkənin parlamentinin qərarı ilə baş verir. Bu problemin həlli Türkiyə dövlətinin maraqlarına daxildir. Ona görə də, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Türkiyə Azərbaycanla qardaş olacaq.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

XALQ MARAQI ve SHEXSI MARAQ 2020-11-24 16:59:06

Azerbaycan Konstitusiyasina esasen, olkenin Prezidenti XALQA XIDMET ETMELIDIR ve DAIMA XALQ ile HOKMEN MESLEHETLESHMELIDIR ki, XALQIN MARAQLARI MUTLEQ QORUNSUN. CHOX VACIB, MUHUM SHERT DAIMA, MUNTEZEM QORUNMALIDIR, PRIORITET, ESAS, MUHUM, VACIB SHERT - XALQIN MARAQLARI MUTLEQ USTUNLUK TESHKIL ETMELIDIR ki, YUKSEK VEZIFESINDEN, YUKSEK SELAHIYYETLERINDEN ISTIFADE ETMEDEN, OZUNUN SHEXSI MARAQLARINI MUQAYISEDE, CHOX ARXA, SON DERECE ARXA CERGEDE SAXLAMALIDIR ki, XALQ RAZI OLSUN olke bashchisindan.

Amon 2020-11-24 00:16:27

Moldova erazisi olan dnestryani bolgeye de ruslar 28 il bundan qabaq sulhmeramli quvvelerini yerlesdirib ancaq hele de heckim cixarda bilmir onlari

OQTAY 2020-11-23 22:14:12

Zengezuru muharibesiz versin,Lacin koridoruna qeder,Naxcivan erazisinin uzunluqu qeder,Xankendi sonranin meselesidir.Esas 1-ci Turkiye,Naxcivanla ara temiz birlesmelidir.@-ci mesele.ozu-ozune hell olacaq,inandirim Sizleri,Qehrema milletim,inanin!!!

kamal 2020-11-23 12:51:23

Sərdar bəy rus girdiyi ərazidən çətin çıxar bu gündən yaranmış qara yaranı neçə məhv edəcəyimiz haqqında düşünməliyik

Semed 2020-11-22 23:08:33

Çox geniş və izahlı analiz

Kaku 2020-11-22 22:28:09

Sən hələ çox gözləyəssən elə bizdə.rus ordan çıxmayacaq özünüzü və bizi aldatmayın.sadəcə ümid eliyək və sevinək ki türk də var orda

B.Qarabağlı 2020-11-22 22:19:21

ADP Sədri də sözlü depudadlardan biridir! 2018də 8 lider siyasətçi Ultimat qərarına gəldi və məncə, həmin demarş verilsəydi 2020nin İYUL atəşlərinə ehtiyac qalmayacaqdı? Beş-on il 32 yaşlı işğalın üstünə o qədər də çox deyil. Əsr öncə 9 min kv km əvəzinə 29 min kv km vermişik? Nə edək ki? Siyasi-hüquqi iddialarımız Azərbaycan daxilində tükənir? İki Qarabağın mülkü əhalisinə qarşı tarixin ən vəhşi-Hərbi genosid cinayəti hələ də mühakimə edilməyib?

Xalq 2020-11-22 20:25:33

şərhinizi bəyəndik, lakin buradan rus ordusunun çıxarılması mümkün olmayacaq. Çünki ruslar burada həm fransanın marağını, həm də ABŞ-ın maraqlarını ifadə edir,əgər həmin dövlətlər bura sülhməramlı salmazsa. Rus Ordusu Azərbaycandan öz xoşuna çıxmayacaq.

hn55 2020-11-22 19:14:37

Ruslrın nə vaxt çıxıb gedəcəyi, Xocəvənd, Xocal-Xankəndinin nə vaxt

hn55 2020-11-22 19:14:37

Ruslrın nə vaxt çıxıb gedəcəyi, Xocəvənd, Xocal-Xankəndinin nə vaxt

Vətəndaş 2020-11-22 18:36:13

Xankəndindəki ermənilərə heç bir maddi-mənəvi yardım edilməməlidir

Adil 2020-11-22 15:05:42

DÜZDÜR DEDİKLƏRİN HAMISI

Son yazılar