Menu

“İtkin düşən hərbçilərin sayı 2500-ə çatır” - Ermənistanda əsgər ailələrinin etirazları davam edir

23.11.2020, 18:18
“İtkin düşən hərbçilərin sayı 2500-ə çatır” - Ermənistanda əsgər ailələrinin etirazları davam edir

"David Tonoyan müdafiə naziri olarkən onunla iki dəfə görüşdük, tələblərimizi səsləndirdik, lakin o, heç bir tədbir görmədi".

"AzPolitika.info" xəbər verir ki, bunu noyabrın 23-də Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında aksiya keçirən itkin düşmüş hərbçilərin qohumlarından biri deyib.

“İstefa Tonoyanı məsuliyyətdən azad etmir. Bizimlə görüşəndə bu məsələnin 1-2 həftə ərzində həll ediləcəyini dedi. Amma ay yarım keçsə də, heç bir şey həll olunmayıb", - deyə etirazçı qeyd edib.

Onun sözlərinə görə, aksiyada əsasən Cəbrayıl və Hadrutda xidmət etmiş hərbi qulluqçuların valideynləri iştirak edirlər.

“İlk zərbələr Cəbrayıl, Hadrut, Talış, Füzuli, Madagizə vuruldu. Orada itkin düşən hərbçilərin sayı 2500-ə çatır, amma onlar barədə heç bir şey bilmirik. Artsrun Ovannisyan (nazirliyin keçmiş mətbuat katibi- red.) da ittiham olunmalıdır. Xalqı bu qədər necə aldatmaq olar?!" - deyə etirazçı qəzəbini ifadə edib.

"AzPolitika.info"

Şərhlər

Vuqar 2020-11-23 22:31:15

AXTARMAYIN ONLAR-PARCA -TIKE-OLUB ETRAFA SEPELENIBLER-MN-DE-BUNU SIZE-DEYE BILMIR-AY-SEREFSIZ MURDAR MILLETIN-ANALARI!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol