Rusiya və Türkiyə arasında fikir ayrılığı – “Türkiyə Qarabağda əlavə müaşhidə məntəqəsi qurmaq istəyir”

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları yaranıb. Ziddiyyətlər Türkiyə tərəfinin vahid koordinasiya mərkəzindən asılı olmayan bir müşahidə məntəqəsi açmaq istəyi ilə əlaqədardır.

"AzPolitika.info" xəbər verir ki, bu məlumatı "Reuters" Agentliyi adını açıqlamadığı bir mənbəyə istinadən yayıb.

Xatırladaq ki, 11 noyabrda Rusiya və Türkiyə müdafiə nazirlikləri Qarabağda atəşkəsə riayət olunmasını izləyəcək ortaq bir monitorinq mərkəzinin yaradılması haqqında memorandum imzalayıblar. Qurumun Azərbaycan ərazisində yerləşəcəyi nəzərdə tutulub. Eyni zamanda, Rusiya sülhməramlıları bölgədə 23 müşahidə postu yerləşdirib.

"Reuters"-in məlumatına görə, Türkiyə ilə Rusiya arasındakı ortaq monitorinq missiyasının parametrləri barədə danışıqlar davam edir. Lakin Ankara ortaq izləmə mərkəzindən asılı olmayaraq öz müşahidə məntəqəsinin yaradılmasında israrlıdır. “Rusiya, Türkiyənin vahid mərkəzdən asılı olmayaraq bölgədə müşahidə məntəqəsi yerləşdirməsinə ehtiyac olmadığını düşünür. Lakin bu, Türkiyə üçün əsasdır”- deyə agentlik Türkiyə tərəfindən ola həmsöhbətindən sitat gətirib.

Mənbə bu mövzuda danışıqların Moskvada davam edəcəyini və Türkiyənin uzlaşma ilə həll olunacağına ümid etdiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov demişdi ki, türk sülhməramlıları yalnız Azərbaycan ərazisində baş verənləri izləyəcək və Dağlıq Qarabağa getməyəcək.

"AzPolitika.info"

635x100

Şərhlər

Akif m. 2020-11-24 08:53:26

Ölkə Azərbaycanındır. Buranın sözünü demək, qaydalarını qoymaq öz prezidentimizə məxsusdur. Putin Makronla birlik qurmaq istəyirsə, Azərbaycan dünyada güclü, qüdrətli, hüquqi, demokratik ölkə olan Türkiyə ilə, onun prezidenti ƏRDOĞAN kimi LİDERlə birlik qurur. Fərq yoxdurmu? Azərbaycan və Türkiyə yenə qalib gələcək..İnşallah...

Amon 2020-11-24 00:20:44

Eger 28 il bundan qabaq rusun qetliam toretdiyi xocaliya yene rus ozu nezaret edecekse demek ki xocali yene tehlukededi

Qarabağlı 2020-11-24 00:14:17

Biz rus boyunduruğuna qəti yox deyirik!

Xalq 2020-11-24 00:08:58

Türkiyə əgər ruslar kimi Qarabağda post-patrul xidməti keçirməyəcəksə onda bunun bizə nə xeyri? erməniyə silah-sursat daşıyıb təzədən bizi müharibəyə sürükləyən ruslara Azərbaycandan çıx get deyir Azərbaycan milləti!

Azer 2020-11-23 23:38:36

Qarabaqda ermenilərə o vaxt mədənı muxtariyyət verilə bllər ki ermənıstandan qovulanlar geri dönsun

t.ədalət 2020-11-23 21:33:52

Dəstə-dəstə Bakıya gələn Moskvalı məmurların istədiyi də bu.Onlar Türkiyənin olduğu yerdə pozuculuq edə bilməyəcəklərini yaxşı bilirlər.Qarabağdakı quldurməramlıların da amacı erməniləri yenidən Qarabağda möhkəmlətmək,növbəti bir qırğının əsasını yaratmaqdır.

Son yazılar