Menu

Sahibə Qafarova Siyavuş Novruzovun təklifi barədə - “Bu məsələ müzakirə mövzusu deyil”

24.11.2020, 11:52
Sahibə Qafarova Siyavuş Novruzovun təklifi barədə - “Bu məsələ müzakirə mövzusu deyil”

“Bu gün işğaldan azad edilən ərazilərimizdə ciddi şəkildə araşdırmalar aparılır”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, parlamentlərarası işçi qrupları əlaqədə olduğu ölkələrin deputatlarını həmin ərazilərə dəvət etməsi yaxşı olardı:

“Hesab edirəm ki, bu məsələnin öz həllini tapması yaxşı olardı”.

S.Novruzovun çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bu gün dövlət tərəfindən kifayət qədər işlər görülür:

“Diplomatik korpusların nümayəndələri gedirlər. Hazırda isə bu məsələ müzakirə mövzusu deyil”.

Şərhlər

Fuad 2020-11-25 10:24:03

Novruzov düz deyir haqq sesimiz dünyaya çatmalı

Rəhim 2020-11-25 00:00:54

Sahibə xanım parlament bu müddət ərzində nə iş gördü? Siyavuş düz söz deyir, devet etmək lazım

İradə 2020-11-24 23:56:50

dogru təklif səsləndirib Novruzov, dinləmək lazım və haqq səsimizi çatdırmag dünyaya

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol