Menu

“Ərdoğan və Putinin namizədliyi Nobel sülh mükafatına təqdim edilsin” - BAXCP

25.11.2020, 13:41
“Ərdoğan və Putinin namizədliyi Nobel sülh mükafatına təqdim edilsin” - BAXCP

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin namizədliyinin Nobel sülh mükafatına təqdim edilməsi təklifi ilə çıxış edib.

Bununla bağlı BAXCP mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən iki ölkə arasında 30 ildən artıq davam edən qanlı savaşa son qoyaraq atəşkəsin əldə olunmasına nail olduqları, bununla da bölgədə davamlı sülh və əməkdaşlıq üçün geniş imkanlar yaratdıqları üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin namizədliyi Nobel sülh mükafatı almaq üçün irəli sürülsün.

Belə bir mükafatın qeyd olunan şəxslərə verilməsi ədalətli olmaqla yanaşı, regionda və keçmiş sovet respublikalarında da oxşar münaqişələrin həllinə kömək etmiş olardı”.

Şərhlər

Xalq 2020-11-25 17:15:47

Putin işğalda qalan digər ərazilərimizin boşaltsa niyə də Nobel sülh mükafatına namizədliyi irəli sürülməsin ƏRDOĞANLA, İLHAM ƏLİYEVLƏ BİRGƏ!

t.ədalət 2020-11-25 15:26:25

Ərdoğan sülh tərəfdarıdır,Putin ki ən böyük qan çanağıdır.Son illərdə Putinin əli ilə qətl edilən sivilləri xatırlamaq bəs edər.Putini Nobelə layiq görənlər,görəsən bizimlə eryni dövrdə yaşamır?Yoxsa,söz gəlişi çıxışlar edirlər?

OQTAY 2020-11-25 15:22:56

Putinin,bu ise ne sebebi var,basa dusmedim,cenab R.T.Erdoqan ve cenab I.Eliyeve Nobel sulh mukafati verilmelidir.Dunya muselmanlar ve Boyuk TURK Dunyasinin lideri,REIS-miz, Suriyada, Liviyada,Yemende,Iraqda ,Qarabaqda ve s .., cox yerlerde dediyinin ustunde duraraq,olkelere SULH getirmisdir!!!!

Şaiq 2020-11-25 14:20:51

Noyabrın 20 - sində bu saytda şərhdə yazmışam ki, bölgədə sülh yaratdıqlarına görə, cənab Putinə və cənab İlham Əliyevə Nobel sülh mükafatı verilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol