Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.
"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, bu plan ilk növbədə, ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq: "Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar k, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".


Şərhlər
Nadanlıq ondan ibarətdir ki,bütün idarə və təşkilatlar işini əhalinin cibinə basqın üzərində qurur.Guya,tıxaca səbəb parklanmanın pulsuz olmasıdır,deyənlərin bu xalqa ögeyliyi var.Təmənnasız vətən üçün canını sipər edənlər heç vaxt pul haqqında düşünmədilər.Barı,bir işə başlamazdan öncə şəhidlərimizi xatırlayın,Vətən üçün,xalq üçün pulsuz da bir iş görməyin mümkünlüyünü deneyin!