Azərbaycanda ödəniş şirkətinin rəhbərinə cinayət işi açıldı

Azərbaycanda şirkət təsisçisi barəsində cinayət işi açılıb.

"Report"un xəbərinə görə, "Easy Pay” MMC-nin təsisçisi Pərviz Əliyev istintaqa cəlb edilib.

Araşdırma zamanı onun həmin şirkətə məxsus 200 min manata yaxın pulu mənimsədiyi məlum olub.

P.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, "Easy Pay” ("Epay”) MMC elektron ödəniş operatorudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar