Baydenin komandasında MKİ başçısı kim olacaq? – İki namizəd var

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Co Bayden administrasiyasında Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Maykl Morell başçılıq edə bilər.

«Daily Beast» nəşri xatırladır ki, Morell iki dəfə MKİ direktoru vəzifəsinin icraçısı olub, amma 2013-cü ildə vətəndaşlar üzərində miqyaslı izləmə tətbiq olunması fonunda istefaya getməyə məcbur olub.

Qeyd edilir ki, Morell «idarə tərəfindən işgəncələrin və pilotsuz aparatlarla zərbələr endirilməsinin qısqanc müdafiəçisi olub». Ona görə də Baydenin bəzi demokrat patiyadaşları onun bu təyinatını dəstəkləməyə bilərlər.

Kəşfiyyat başçısı postuna daha bir namizəd də Barak Obama administrasiyasında milli təhlükəsizlik üzrə müşavir olmuş Tom Donilondur ki, o, əvvəllər MKİ-də işləməyib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar