DİPLOMATİYAMIZIN FRANSA UĞURSUZLUĞU – Səfirliklərimizdə “Elmar Məmmədyarov ab-havası” nə vaxt dağılacaq?...

Fransa Senatının məlum ermənipərəst qətnaməsi Azərbaycanın diplomatik korpusunun uzun illərdən bəri xüsusilə Avropadakı fəaliyyətinin effektivliyilə bağlı ciddi və kəskin suallar yaradır. Fransanın ümumilikdə dövlət, cəmiyyət, hökumət olaraq hər zaman ermənipərəst olması yeni xəbər deyil və onun bugünkü mövqeyi də gözlənilən hesab edilə bilər. Lakin bunun Azərbaycan üçün xoşagəlməz nəticələr yaratmasında xarici siyasət idarəmizin, diplomatik korpusumuzun heç bir günahının olmadığını söyləmək də doğru olmaz.

Məlum olduğu kimi, Senatın məlum qətnaməsinin lehinə 306, əleyhinə isə cəmi bir senator səs verib ki, bu da Fransa-Azərbaycan dostluq qrupunun sədr müavini, xanım Silvia Gua-Çavindir. Ancaq nəzərə almaq lazımdır ki, hər halda, sözügedən dostluq qrupunun 20-yə yaxın üzvü var. Belə çıxır ki, nəinki həmin qrupun tez-tez Azərbaycana kef-damaq içində səfər edən və hökumətimizin hər zaman “qulluğunda” durduğu sıravi üzvləri, heç sədri də bu qətnamənin əleyhinə səs verməyib. Bəs onda kimə, nəyə lazım idi bu qrup, niyə bu illər ərzində Azərbaycan tərəfi onun üzvlərinin “qulluğunda” durmalı idi?

Təbii ki, Azərbaycanın Fransaya müsbət münasibəti təkcə məlum dostluq qrupuyla məhdudlaşmır. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Təkcə 2018-ci ilin iyununda ölkə başçısının Parisə səfəri zamanı aparıcı fransız şirkətləri və qruplarının rəhbərləri ilə görüşlərdə 2,2 milyard dollarlıq anlaşmalar imzalanıb. Azərbaycan dövləti Fransada çoxsaylı mədəni layihələr icra edib.

Fransa öz fransızlığında qalsın, bəs bizim bu ölkədəki və ümumilikdə Avropadakı diplomatik korpusumuz öz işinin öhdəsindən gəlibmi?

Doğrudur, Senatın qəbul etdiyi bu qətnamə siyasi sənəddir və onun heç bir hüququ qüvvəsi yoxdur. Lakin bu “kağız parçası” həm də Fransanın siyasi elitasında həmrəyliyin göstəricisidir. Azərbaycana qarşı belə bir həmrəyliyin yaranması isə bizim diplomatiyanın, xüsusilə də Fransadakı səfirliyimizin ciddi uğursuzluğudur. Məlum olduğu kimi, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib. Onun səfir kimi vəzifəsi ölkəmizin mövqeyini ən yüksək səviyyədə çatdırmaq və senatorları Azərbaycanın haqlı mövqeyinə inandırmaq idi. Səfirimizin bu vəzifənin öhdəsindən necə gəldiyi isə səsvermənin nəticəsindən bəllidir – 305 səs lehinə, 1 səs əleyhinə. Belə çıxır ki, səfir öz çıxışıyla yalnız bir xanım senatoru inandıra bilib ki, Azərbaycan Fransa üçün önəmli ölkədir və Qarabağ məsələsində tam haqlı tərəfdir. Onu da nəzərə alaq ki, 306 senatorun arasında müsəlmanlar da olmamış deyil...

Əlbəttə ki, bu məsələdə tək səfirin həlledici rol oynadığı qənaətindən çox-çox uzağıq. Lakin hər halda, Fransadakı diplomatik korpusumuz təkcə son günlərdə deyil, ümumilikdə fəaliyyəti dövründə effektiv, səmərəli işləsəydi, ötən günkü səsvermənin nəticələri bu dərəcədə də biabırçı olmazdı – 305 səsə qarşı cəmi 1 səs...

Ümumiyyətlə, bir çox mütəxəssislərin də bildirdiyi kimi, diplomatiya sahəsində görüləcək işlər hələ olduqca çoxdur və kadr məsələlərində ciddi, radikal dəyişikliklərə ehtiyac var. Çünki xüsusilə də Qərb ölkələrindəki səfirliklərimizdə “Elmar Məmmədyarov ab-havası”nın hələ də güclü olduğu qənaəti mövcuddur. 

Təcrübə isə göstərir ki, təslimçilik, qorxaqlıq, kimlərəsə xoş gəlmək istəyi, qətiyyətsizlik, kosmopolitizm üzərində qurulan müdafiə diplomatiyası ilə heç nəyə nail olmaq mümkün deyil. Və Fransa Senatının yanaşması da bunun bariz nümunəsidir.

Yeri gəlmişkən, R.Mustafayev E.Məmmədyarov nazir olandan sonra, 2006-cı ildən başlayaraq, Xarici İşlər Nazirliyi sistemində işə başlayıb. 2017-ci ildə Fransaya səfir göndərilməzdən əvvəl isə Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri olub...

Digər yandan təəssüf ki, diplomatiyamız müharibə ərəfəsində, onun gedişində və müharibədən sonra da əsasən Türkiyə və Rusiya təmaslarına üstünlük verərək, digər istiqamətlərə bir o qədər əhəmiyyət vermədi. İndi isə həmin əhəmiyyətsiz saydığımız istiqamətlərdən Azərbaycana qarşı siyasi hücumlar və təxribatlar baş qaldırmaqdadır.

Belə ki, Fransanın ardınca Belçikada da oxşar sənədin qəbulu gözlənilir. Hələ sırada Yunanıstan və digər bu qəbildən olan ölkələr var. Bu isə Azərbaycan üçün olduqca xoşagəlməz və təhlükəli tendensiyanın başlanğıcı deməkdir. 

Odur ki, bu qətnaməyə “əşşi” deyib əl silkələmək və “boş şey” hesab etmək qətiyyən doğru deyil. Və çoxlarının görmədiyi bir məqamı da nəzərdən qaçırmaq olmaz – bu qətnamə və onun ardınca digər bəzi ölkələrin də oxşar addımları atması perspektivi Fransa və Ermənistandan da daha çox bölgəyə “sülhməramlı” adı altında gələn ölkənin əlini gücləndirir...

Nəhayət, yaranan bu durumu böyük fəlakət hesab etmək doğru olmaz. Lakin hər halda, bu ciddi diplomatik uğursuzluqdan vaxtında nəticə çıxarmaq, diplomatik korpuslarda yeni siyasi situasiyaya uyğun islahatlar aparmaq, hətta bu sahədə yeni siyasi kurs hazırlamaq lazımdır. Əks halda, döyüş meydanında qazandığımız möhtəşəm qələbəmizə qarğa-quzğun kimi çökmək istəyənlərin öz çirkin niyyətlərinə çatmasına şərait yaratmış olarıq.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Elman 2020-12-12 17:46:22

Diplomatoyamız var ki,hələ uğur axtaraq? Poladla,AXundova ilə və ya digər bəzilərinin diplomatoyadan xəbrsizlərlə necə diplomatoya olacaq? Səfirlərimizin siyahsinə diqqət edin.Bu ilankəsin qohumu,bu polis, bu oliqarx oğlu,digərif təsadüfi.

Oruc 2020-12-06 20:42:20

Azərbaycanın 1960-cı illə indiki ərazilərinin fərqinin yaranma səbəbləri ilə maraqlanan varmı? Bu sahələr necə olub? Kim və niyə Ermənilərə bağışlanıb.Axı bu məlumatlar arxivdə mövcuddue.Niyə bununla maraqlanan yoxdur?Naxçıvam,Qazax,Tovuz ərazilərini Ermənilərə kimlər və biyə bağışlanıb?kbu

müəllim 2020-12-06 20:36:45

Bu məsələ tək Məmmədyarovla bitməz.Səfirliklərin tərkibinə,səviyyəsinə və kimliklərinə diqqət verilməlidir.XİN-də kadr məsələsinə ciddi baxılmalıdır.b.

Veteran 2020-12-01 11:41:58

Mən güman edirəm ki Ölkə başcımız növbəti mərhələdə tezliklə bütün sahələdə köklü islahatlara başlayacaq.

Oblomov 2020-11-29 17:21:45

məlumat üçün nəzərinizə çatdırırq ki, təkcə 2020-ci ilin yanvar-oktyabr aylarında 40 nəfəf yaxın diplomat Azərbaycan Xarici İşlər Nazirliyin sıralarını öz ərizələri ilə tərk etmişlər, bir çoxları elə işlədikləri ölkənin ərazisində müxtəlif texniki işlər taparaq diplomatik fəalliyətlə vidalaşmışlar. Yəni mağazada satıcı, kassir və ya sığorta agenti işləmək Azərbaycan Xarici işlər Nazirliyində işləməkdən daha perspektivlidir. 100-dən çox əməkdaş isə sərəncam adı altında iş yerlərinə buraxılmır, heç bir səbəb-filan olmadan. Bütün bunlar müaribə aparan dövlətin diplomatik cəbhəsində baş verir. Səsini azca çıxaranları isə hədələyirlər. Məşhur filmdə deyildiyi kimi, bu da axırı...

Ali 2020-11-28 14:19:01

MTN dən Eldarın adamların necə təmizlədilərsə, XİN dən də Elmarın adamlarını və ya yüksək vəzidə verdiklərini süpürüb atmaq lazımdır. Bu adı çəkilən mama uşağını,, Abelin çaxıesatan oğlunu və s. bu kimiləri

Ali 2020-11-28 00:54:16

"mamenki-papenki sınoçek"lərədn yarım milyon alıb səfir düzəndə belə olmalı deyilmi? Bu onun xalası oğludur, o birisi kiminsə bic gədəsidir, üçüncüsü kimknsə qızının əridir... Bu üsulla dövlət idarə etsək heç ermənisiz, fransızsız dövlətsiz qalacağıq.

Səlim 2020-11-27 10:49:36

Azad Rəhimovun qohumu? Deyirəm axı ,görəsən niyə bnir addım qabağa,iki addım geri gedirik.Özü utanıb istefa verən deyil.Vəzifəsindən bezən Oqtay Şirəliyev vəzifədən çıxarılanda səfirdə çıxarıla bilər.Nə oldu ay Səfİr bəs səfir olacaqdın?

B.Qarabağlı 2020-11-27 10:39:00

Əcaib seçimdir! A Azərbaycan mətbuatı hər ayın 14ü niyə Ermənistanın Azərbaycanı İŞGAL fərmanını xatırlatmır? B Frəng senatının hazırki anti-Azərbaycan qərarı niyə nöqtəbə-vergül mətbuatımızda verilmir ki, Xalq dolğun reaksiya verə bilsin? Azərbaycanın, eləcə Ermənistanın hansı müvafiq (119 min kv km və 9 min kv km) ərazilərdə yaradılmasını və dövlət, insan hüquqlarını bilmir, müzakirəyə çıxaramırsa necə səfir ola bilər? C Ölkəmizin ən kobud səhvi odur ki, (kreslo qorxusundanmı?) hər problemi xalqa açıqlamayıb, vəzifəyə də tanış (gələcək asılı) arayır? D Xarici ə

Fouchet 2020-11-27 00:22:43

haqqında söhbət açılan səfir gənclər naziri Azad Rəhimovun xalasıoğludur. Tak çto, Azad Rəhimov kimi qohumu olan oğlana heç Napoleon bata bilməz.

Vetendash 2020-11-27 00:09:08

Fransadaki sefirimizi geri cagirmaq ve eline chomaq vermek lazimdir

Boris Ocaqov 2020-11-26 23:39:37

Fransa, rəhbərliyi, senatı və vətəndaşlarında Azərbaycan coğrafiyası, hüququ və DQMV anlayışını ilk səfirlərin və diaspor işini təhlil etməliyik? Azərbaycan adındakı respublika sözünü də atmaq gərəkdir ki, kamanda Nevton, ya Habil də çalırsa da bu bir cəmiyyət, ölkə və dövlətdir? Melodiya bir olmalıdır! 306 nəfərlik Məclis dəhşətli milyon azərbaycanlının Ermənistan vətəndaşlığı, Dağlıq Qarabağ və ətraf rayonlarıa hüquqlarımızı tanımırsa biz necə Fransanı tanıya bilərik? Bütün əlaqələri dərhal 01.01.2021ci il tarixindən son erməni Azərbaycanı tərk edənə qədər kəsmək gərəkdir?

İşsiz diplomatlar ordusu 2020-11-26 22:09:28

Məqaləyə görə təşəkkür edirik. Baş verənlər bir daha XİN-də islahatların vacibliyindən xəbər verir. Tazə Nazir Ceyhun Bayramov isə sükut edir... Xİn isə günü-gündən deqradasiyaya uğramaqda davam edir. Bu mövzunu diqqət mərkəzində saxlamağı sizlərdən xahiş edirik. ... Daxildən bu qurumda nəsə etmək mümkün deyildir. Əlac ictimaiyyətə qalıb.

Azər 2020-11-26 17:50:55

Bu səfirimiz bir ferma açarsa daha uyğun olardı.

t.ədalət 2020-11-26 16:47:21

Elmar Məmmədyarovun erməni sevdası hələ çox ziyanlar verəcək.Özü işdən çıxarılsada oğurladığı pullar əlindən alınmadı,anti-milli hərəkətlərinə hüquqi qiymət verilmədi.Cəzasız qaldı və digər erməniqanlı məımurların da xəyanət etməsinə cəzasızlığı ilə örnək olacaq.

Son yazılar