Menu

Hizbullah İsraili hədəf aldı – 6 tank vuruldu

25.11.2024, 13:05
Hizbullah İsraili hədəf aldı – 6 tank vuruldu

Livan Hizbullahı ölkənin cənubundakı 6 İsrail tankının məhv edildiyini açıqlayıb.

Açıqlamada Livanın cənubundakı Əl-Beyada qəsəbəsində İsrailə məxsus 5 “Merkava” tankının, Deyr Mimas qəsəbəsi yaxınlığında isə 1 tankın zərərsizləşdirildiyi də qeyd edilib.

İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubundakı Dahiye bölgəsində Hizbullahın 12 komanda qərargahına hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hədəfə alınan qərargahlar arasında Hizbullahın kəşfiyyat qərargahı, qurudan dənizə raket və silah təchizatı bölmələrinin olduğu bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol