TÜRK ƏSGƏRLƏRİNİN QARABAĞA GƏLƏCƏYİ TARİX MƏLUM OLDU - Mehmetcik harada yerləşəcək?

Noyabrın 25-də Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanla bağlı müzakirə keçirilib. 4 saat yarım davam edən toplantıdan sonra yayılan açıqlamada bildirilib ki, 8 bənd üzrə müzakirə olunan məsələlər arasında Qarabağla bağlı son hadisələrə də yer verilib: “Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpası, Cənubi Qafqazda , geopolitik vəziyyət, daimi sülhə nail olunması məsələlərində Türkiyənin rolu barədə geniş müzakirələr aparılıb”.

Bu toplantının ardından türk ordusunun nə zaman Azərbaycana gələcəyi ilə bağlı müzakirələr daha da qızışıb. Tarixi gəlişin dekabrın ilk ongünlüyündə reallaşacağı bildirilir. Artıq bu istiqamətdə bəzi müəmmalar aradan qalxmağa başlayıb. Mehmetcik Şuşada, Laçında və Kəlbəcərdə yerləşəcək. Nə qədər gülməli görünsə də, ermənilər tarixdən çıxış edərək türkiyəli hərbçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı telefon danışığından sonra qardaş ölkə bu vəziyyəti anlayıb. Məhz bu səbəbdən türk əsgərləri təkcə Şuşada deyil, Kəlbəcər və Laçında da yerləşəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hesab edir ki, ermənilər mövcud vəziyyətlə razı deyillərsə, yaşamaq üçün Qarabağa gəlməsinlər: “Ermənilər nədənsə qorxa bilərlər. Biz dövlət siyasətimizi düşmənin duyğuları üzərində qurmuruq. Azərbaycanın maraqları var və hər kəs də proseslərin ölkəmiz daxilində getdiyini, bunun daxili işimiz olduğunu ifadə edir, qəbullanır. Hətta Rusiya bunu dəfələrlə bildirdi. Türkiyənin burada iştirakı ilə bağlı da mövqeyi olub ki, müttəfiqlərini Azərbaycanın özü seçir. Azərbaycan ərazisində kimin harada olmasını Azərbaycan özü müəyyən edir. Biz ilkin mərhələdə mehmetciklərin Şuşa, Laçın və Kəlbəcərdə yerləşəcəkləri barədə məlumatlar alırıq. Bu birinci mərhələdir. Sonrakı mərhələdə Azərbaycan istədiyi yerdə türk ordusunun fəaliyyətini müəyyənləşdirə bilər. Ermənilər istəsələr də istəməsələr də, mülki idarəetməni biz edəcəyik. Bunu vasitəçilər, sülhməramlı qüvvələr etməyəcək.

Buna əmin olmasınlar. Azərbaycan Konstitusiyasına əməl edib burada yaşayacaqlarını nəzərə alıb, unutmasınlar ki, burada Azərbaycan Ordusu da olacaq. Bu başqa məsələdir ki, erməni əsilli azərbaycanlılar orduya çağırılanda Silahlı Qüvvələrimizdə xidmət edəcəklər, təbii ki, onlar burada yaşasalar. Gələcəkdə türk ordusu ilə ortaq ordu yaradılacaqsa, onlar da burada olacaqlar. Günü sabah türk hərbçiləri sülhməramlı şəklində Xankəndində yerləşə bilər. Bu onları qane etmirsə, gəlməyə bilərlər. Əmin olsunlar ki, Azərbaycan və türk əsgəri onlara toxunmayacaq. Təbii ki, Dövlət Təhlükəsizlik Xidməti onların əvvəlki fəaliyyətlərini araşdıracaq. Onların nazı ilə oynanılmayacaq. İdarəetmə hamı üçün necə olacaqsa, onlar üçün də elə olacaq. Türk ordusunun indi nəzərdə tutulan yerlərdə yerləşməsi normal olacaq. Sülhməramlı missiya olaraq, Rusiya burada nə edəcəksə, Türkiyə də onları edəcək. Bütün bunları ermənilər bilməlidir. Ağılları əvvəlki illərə getməsin”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli türk ordusunun bölgəyə yerləşdirilməsində bəzi problemlərin olduğunu qeyd etdi: “Ermənilər özləri fitnəkar olduqlarından hər şeydə fitnə, kin-küdurət axtarırlar. Türk ordusunun ermənilər üçün qorxu kəsb etməsi onların özlərinin uydurmalarıdır. Qardaş ölkənin hərbçilərinin həmin bölgələrə gəlməsi Ermənistanın sərhədləri qabağa çəkməsinə səbəb ola bilər. Məsələn, Kəlbəcərdə iki kilometr sərhəd irəli çəkilib, Laçında da eyni vəziyyət ola bilər. Türkiyə anlaşmanın bütün müddəalarının həyata keçirilməsinə qarant olmaq, zəmanət vermək istəyir. Türk ordusu ilə fəxr etməliyik. Onlar sona qədər proseslərin başında dayanıb, bu prosesləri Makrondur, makarondur nədir, onun kimi tiplərdən, adını çəkmək istəmədiyim tiplərdən qorumaq məqsədilə buraya gəlir. Doğrudur, Türkiyənin strateji maraqları da var. Amma Azərbaycanda bu maraqları axtarmır. Türk dünyasında strateji maraqlarını önə keçirmir. O, yalnız türk həmrəyliyini, birliyini yaratmaq istəyir ki, bu birlik beynəlxalq hadisələrin həlledici amilinə çevrilsin. Bəli, müəyyən qüvvələr onların buraya gəlməsini istəmirlər. Bu barədə hələ tam razılaşma əldə edilməyib. Türk qüvvələrinin yerləşdirilməsi ilə bağlı bəzi problemlər var, amma Azərbaycan ”hə" deyəndən sonra o problemlər öz həllini tapacaq. Sadəcə, Türkiyə Laçın kolidoruna ruslarla birlikdə ortaq nəzarət etmək istəyir. Yəni Türkiyə bölgədə ikinci dərəcəli vəzifələri həyata keçirmək istəmir. Azərbaycanın maraqlarına uyğun gələn bütün məsələlərin həllində iştirak etmək niyyətində israrlıdır. Fransa, Amerika kimi ölkələr, bəzi qüvvələr Azərbaycanın suverenliyini təhdid edən addımlar atırlar. Məsələn, Fransa senatının “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı çıxardığı qərar sözün həqiqi mənasında suverenliyimiz üçün təhdiddir. Biz bunun üçün ciddi addımlar atmalıyıq. Bu yolda ən böyük dəstəyi verə biləcək ölkə Türkiyədir. Fransa qardaş ölkənin güclənməsindən qorxur, ehtiyat edir. Ərazi bütövlüyümüz təmin edildikdən sonra regionda əsas söz sahibi Türkiyə və Azərbaycan olacaq. Bu məsələləri nəzərdən keçirən Fransa kimi ölkələrin dünənə qədər bizə şərt kimi irəli sürdükləri insan haqları, liberal dəyərlər, demokratik seçkilər kimi tələbləri boş şey imiş. Yeri gələndə öz maraqları naminə demokratiyanı, liberal dəyərləri, insan haqlarını ayaqları altına atıb, tapdayırlar. Fransanın bu hərəkətləri heç bir ölçüyə sığmır. Bu qədər həyasızlıq, müstəqil bir dövlətin daxili işlərinə qarışmaq olmaz. Özü də Minsk Qrupunun həmsədr ölkəsi olaraq bunları etmək sadəcə abırsızlıqdır. Fransa bölgədə vəziyyəti qarışdırmaq istəyir. Bəlkə də lazımi hərbi yardım belə göstərəcək. Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarını tapdalayıb keçməkdir".

635x100

Şərhlər

Kaku 2020-11-28 16:58:50

Turkiye gelene kimi rus artiq qarabagda istediyini edib oturacaq.xocalidan xankendinden agdereden danisan yoxdu ermeni bayragi helede xankendinde dalgalanir niye?

Moshu 2020-11-28 16:28:09

P.S. Mövzu məni o qədər özünə çəkdi ki, verilən üç şərhi dəyərləndirməyi unutdum. Bu şərhlər də maraqlıdır, görünür ki, onun müəllifləri də yaxşı analitik qabiliyyətinə malikdirlər, ələlxüsus da t.ədalətin şərhi, hər üçünə eşq, qələmləri iti olsun

Moshu 2020-11-28 16:21:54

Hörmətli Admin, son vaxtlar saytınızda bir-birindən maraqlı, dərin analiz edilərək, oxunaqlı yazılar işıq üzü görməkdədir. Sadəcə, iradım deyil, arzu edərdim ki, şərhlər də ona uyğun olardı. Məs., Eldar Namazovun, Erkin Qədirlinin, Fazil Mustafanın, Nizami Səfərovun, Rasim Musabəyovun və s. şərhi Sizin səhifənizi bəzəyərdi. Bu yazı da çox dəyərlidir. Bildiyimiz kimi, Fransa bir dövlət kimi yarandığı zamandan saray intriqaları, dövlət çevrilişləri ilə ad qazanıb. Bir ölkə başçısı ki, nənəsi yaşında müəlliməsi ilə evlənirsə ondan nə gözləmək olar. Ailə qədri bilməyən bir kəs özünə nə hörmət qoyur ki, qonşu dövlətə nə hörmət qoysun. Bunlar üçün ar-namus, qeyrət, kişilik yad bir şeydir. Avropa dəyərləri deyəndə bunlar geyləri, azlıqları və bəzi alçaqlıqları nəzərdə tuturlar. Qaldı Fransa senatının Dağlıq Qarabağın tanınması məsələsinə, bu onların mənəviyyatından xəbər verir. Elə hesab edək ki, dünyanın siyasi xəritəsində Fransa adlı dövlət heç mövcud olmayıb. Əgər mənəviyyatsız bir xalqla, "dövlət"lə yüksək dəyərlərə malik xalq arasında fərq qoya bilmirsə, vay belə dövlətin halına. Birinci, biz orada fəaliyyət göstərən səfirliyimizin gördüyü işlərə qiymət verməliyik, onların fəaliyyətini dəyərləndirməliyik. Ölkə başçısı çıxışlarının birində qeyd etdi ki, müharibə qurtarandan sonra Azərbaycanda yeni dönəm başlayacaq. Bütün Azərbaycan xalqı bu dönəmi həyatımızın bütün sahələrində səbirsizliklə gözləyəcəkdir. İkincisi, növündən asılı olmayaraq bütün fransız malından imtina edərdik, yəni qardaş Türkiyə bizi qədər bilmir? Onsuz da dövlətimiz görməli olduğu işlərin fərqindədir, biz də bir fərd kimi Vətən müharibəsində olduğu kimi dövlətimizin arxasında durmalıyıq.

Cəmşid Dərələyəzli 2020-11-27 16:10:33

Putinin deməsi ki, guya “ermənilər tarixdən çıxış edərək Türkiyəli hərbçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar”. Elə idisə onda Sayın Erdoğan da Putinə deməli idi ki, Azərbaycanlılar da “Rusiya hərbiçilərinin Qarabağda təkbaşına yerləşdirilməsindən qorxurlar”). Türküyə İşğaldan azad edilmiş bütü qarbağ ərazisundə ruslar var olacaq yerdə var olmalıdırlar nğqtə. Biz də Rusiyaya güvənmirik. Çünki, üç yüz ildir bu erməniləri başımıza müsəllah edən Rusiyadır. Rusiyanı Xankəndində tək varlığı bizə təhdiddir. Ermənilər artıq bizim üçün bir heçdir. Ona görə də Türküyə qırmızı cizgisini Xankəndində çəkməlidir. .

t.ədalət 2020-11-27 14:21:58

Putin sülh razılaşmasını ,tədricən "atəşkəs"ə yönəltməklə müharibəni bitməyə qoymaq istəmir.Türkiyə ordusu regiona daxil olmasa,erməniliklə məşğul olan rus "quldurməramlıları" heç nəyə zəmanət verməyəcək.İlk vaxtdan regionu qan çanağına döndərən,erməni adı altında torpaqlarımızı işğal edən Rusiyadan nəsə gözləmək axmaqlıqdır.

Akif m. 2020-11-27 12:01:32

Çox dəyərli bir yazı.Təşəkkür edirik. Bəli, Azərbaycan hökuməti öz siyasətini digər ölkələrinin güman və fərziyələri üzərində deyil, öz xalqının, öz dövlətçiliyinin strateji maraqları üzərində qurur. Yaşasın Azərbaycan xalqı....Zəfərli günlərimiz başlayır...

Son yazılar