Menu

Xalq artisti Ənvər Həsənov insult keçirib, xəstəxanaya yerləşdirilib

19.01.2025, 18:07
Xalq artisti Ənvər Həsənov insult keçirib, xəstəxanaya yerləşdirilib

Xalq artisti Ənvər Həsənov insult keçirib.

Bu barədə “Report”a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır:

“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyayada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol