Tanınmış iş adamı, “Azərsun Holding”in prezidenti, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gozal vəfat etdi. İş adamının bir saat öncə Dubayda vəfat etdiyi bildirilir.
“AzPolitika" xəbər verir ki, bu barədə şirkətdən bildirilib
“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azersun Holding"in qurucusu Abdolbari Gozal vəfat edib”, - “Azersun Holding”in yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Abdolbari Gozal 1949-cu ildə İranın Maku şəhərində anadan olub. 1997-ci ildə "Azersun Holding"i yaradıb. O, həm də “Qarabağ” futbol klubunun fəxri prezidenti idi.
Allah rəhmət eləsin!


Şərhlər
yox.yezidi kürddür.
Allah rəhmət eləsin.
Fars idi ?
palma yaqi az yemek lazimdi )))
Bu adam Azərsunun mayası bəlli olmayan məhsulları ilə nə qədər inanı xəstə edib?.
milliyəti Kürd idi
GOZALA QALMAYAN DŪNYA..........