Menu

İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü + VİDEO(Yeniləndi)

18.01.2025, 19:01
İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü + VİDEO(Yeniləndi)

İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.

Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.

***

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır. 

***

İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində avtomobil 3 məktəblini vurub.

Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər

Vətədaş-a 2025-01-20 12:13:12

yazınız bir az aydın olmur.Əgər avtomobil yolun ortasında xarab olubsa.ya da sürücü səhvən yola çıxıbsa DYP avtomobili onu vurub keçməlidi?Niyə sürət həddi gözlənilməyib?Bir dəDYP avtomobilinin sürücüsü həmin hadisə zamanı anlaqlı olubmu (spirtli içki.narkotik qəbulu,yorğunluq və başqa psixi hal ) Bu hadisə baş verən gün yoxlanılıbmı?Nəticə?

Rasim Quliyevə 2025-01-20 12:07:37

Yazdığından belə çıxır ki.sürücülük imtahanıarı DYP-də doğru keçirilmir.Bəs səbəb?ikinci tərəfdən kimsə işıq yandırıb gəlisə istənilən sürətlə hərəkət edə bilər.Bu necə anlaşılır?əvvəla YP-də imtahanlar bazara çevrildiyiyenilik eyil və unu hamı bilir.Amma müvafiq qurumlar susur.Niyə?Hərəkət sürəti yalnız fövqəladə hallarda (yanğın.cinayət törənən sahəyə gedən əməliyyat avtomobilləri.təcili tibbi yardım ) dəyşə biər.O da təhlükəsizliyə riayət etməklə!

Zabit 2025-01-19 23:12:17

qudurğanlığın növbəti təcəssümü

İbrahim 2025-01-19 18:04:31

Möhtərəm Prezdient Polis özbaşınalıqlarına,zorakılıqlara son qoyulması üçün müvafiq göstəriş versə cəmiyət bir az rahat nfəəs alar.Bu qədər qanunsuz səlahiyyətlər polisi bu hala salıb

ƏDALƏT 2025-01-19 17:44:34

Niyə yalan məlumat verirsiz ?

Elşən 2025-01-19 14:44:25

Bəlkə qarşıdakı aftamabil xarab olub yavaş və ya saxlamaq lazım deyildi , Bu yol polisinin həbs etmək lazımdı o sürətlə getmək olar hər yerdə yol polisləri qaydaları pozur

Vahid 2025-01-19 12:45:54

Polisin özbaşınalığıdır ....Buna "stop" qoyulmalıdır...

Kazım 2025-01-19 11:17:05

yalandır qardaşı uşaqları olmayıb

Telman 2025-01-19 08:45:47

DYP avtomobilində sürət böyük olmasayda qəza törənməzdi.Geri dönməyə girən avtomobil gələnin uzaqda olduğunu bilib girmişdi.Sadəcə olaraq o gələn avtomobilin şəhər daxilində və üstəlik məktəbin qarşısında belə yüksək sürətlə gəldiyini bilməyib.

Rasim Quliyev 2025-01-18 23:38:03

Sürücülük vəsiqə imtahanı verilməlidir.Dövlət imtahan mərkəzinə.DYP yığışdılmalıdır yoldan o qədər kamera qoyublar.Kamikadzaya verirlər sürücülük vəsiqəsi bu da nəticə.Günah o dönmə əməliyyatını edəndədir.Düzdür sürət deyə bilərsiz yaşayış yerində 40-60 dır.Amma işıq yandırıb gedirsə bir mənalı buraxılmalıdır Polis.Haqq qazandırmıram neçə ailə bədbəxt oldu heç kəs sığortalanmayıb.Amma qanun alidir .Görək prokurloq nə deyəcək

Oxucu 2025-01-18 21:40:25

Video da sürətin müdaxilə nəticəsində yavaşladıldıgı aşkar görünür... və etiraz cəmiyyətin respublikada olan polis özbaşınalıgına təbii reaksiyasıdır.

Vətəndaş 2025-01-18 19:43:02

Avtomobil qəzasından heç kim sığortalanmayıb. Mercedes markalı avtomobilin sürücüsü inzibati xətaya yol verib və ağır nəticəyə gətirib çıxardı.

Raul 2025-01-18 18:41:26

... son qoyulmaıdır!

rr 2025-01-18 18:18:49

asta qetseydi hadise olmazdi !!! derd

Mubariz 2025-01-18 16:27:58

Üzr istəyirəm ,məlumatda avtomobil deyilir ,niyə QAİ deyimirr ? Allah o uşaqlara rəhmət eləsin!

Mubariz 2025-01-18 16:23:46

Heyf o uşaqlara ,qohumlarıda olsa o polisin ölməsi ailəyə təsəlli olar ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol