ABŞ Konqresində Donald Trampın Rusiya ilə “dizel anlaşması”na qarşı hərəkətə keçilib. Maraqlıdır ki, bu prosesdə Demokratlar partiyası ilə yanaşı, Pespublikaçılardan da bəzi konqresmenlər iştirak edir.
ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədr müavini Qreqori Miks ABŞ Prezidenti Donald Trampın Vladimir Putinlə “dizel anlaşması”nı ləğv etməyi hədəfləyən "Rusiya ilə korrupsiyalaşmış neft müqavilələrinə qadağa" adlı qanun layihəsini Konqresə təqdim edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin veb saytında məlumat yayılıb. Məlumata görə, yeni qanun layihəsi həmçinin ABŞ-nin Rusiya enerji sektoruna investisiyalarını qadağan edir və Ağ Evdən bu sektora qarşı sanksiyalar tətbiq etməsini tələb edir.
Qanun layihəsi ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) Rusiyanın enerji sektoruna investisiya qoymağı qadağan edir, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən Rusiya enerjisini almaq üçün verilən ümumi lisenziyaları ləğv edir və gələcəkdə belə lisenziyaların verilməsini qadağan edir. Təşəbbüsü 16 Demokrat konqresmen və Respublikaçı Don Bekon birgə irəli sürüb.
Daha əvvəl, 11 oktyabrda respublikaçı Brayan Fitspatrik Rusiya neftinin bütün alışını qadağan edəcək ayrıca ikipartiyalı qanun layihəsinin hazırlandığını elan etmişdi. Bekon öz növbəsində Trampın Rusiya dizel yanacağına qarşı sanksiyaları ləğv etmək qərarını "rüsvayçılıq" və zəiflik əlaməti adlandırmışdı. O, ABŞ-nin Putinə uyğunlaşmalı yox, Ukraynanı dəstəkləməli olduğunu söyləmişdi.
Bu razılaşma Avropada da narazılığa səbəb olub. “Politico”nun məlumatına görə, Avropa Komissiyası Rusiyayanın neft gəlirlərini daha da azaltmaq məqsədi daşıyan 23-cü sanksiyalar paketini hazırlamağa başlayıb.
“AzPolitika.info”


Şərhlər