Menu

6 gün öncə təyin edilmişdi - Tramp istefa verməyi məsləhət görüb

16.10.2026, 23:14
6 gün öncə təyin edilmişdi - Tramp istefa verməyi məsləhət görüb

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibi Keyti Zekerayaya faktiki olaraq vəzifəsindən istefa verməyi tövsiyə edib. Halbuki o, bu vəzifədə cəmi bir həftəyə yaxın çalışıb.

Bu barədə Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

“Düzünü desəm, mən ona dedim: ‘Sənin yerində olsaydım, qərarımı yenidən nəzərdən keçirərdim’”, – deyə ABŞ prezidenti Zəkəriyanın uğursuz debütü ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

“Mən dedim: ‘Qərarını yenidən nəzərdən keçirməlisən, çünki bütün bunlarla üzləşmək istəməyəcəksən’”, – deyə D. Tramp qeyd edib.

"Fox News" telekanalı Ağ Evin nümayəndəsinə istinadən canlı yayımda Zekerayanın ABŞ prezidentinin mətbuat katibi vəzifəsini tərk etdiyini bildirib. Tramp onun bu vəzifəyə təyin olunduğunu yalnız oktyabrın 9-da rəsmi olaraq elan etmişdi. /Trend 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol