Menu

Azərbaycanda nikah və doğum sayı azaldı -Boşanmalar 13 mini keçdi

16.10.2026, 12:03
Azərbaycanda nikah və doğum sayı azaldı -Boşanmalar 13 mini keçdi

Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

Dövlət Statistika Komitəsindən "AzPolitika"ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halları qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 56 min 404 körpə doğulub. Onlardan 53,2 faizi oğlan, 46,8 faizi qız olub. Həmin dövrdə 1902 əkiz və 69 üçəm doğumu qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum sayı 9,3-dən 8,2-yə enib. Yanvar-avqust aylarında ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Hər 1000 nəfərə düşən ölüm göstəricisi isə dəyişməyərək 5,9 səviyyəsində qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol