Menu

Süni intellekt və yaşıl enerji sahələrində yeni standartlar qəbul ediləcək

16.10.2026, 12:10
Süni intellekt və yaşıl enerji sahələrində yeni standartlar qəbul ediləcək

Azərbaycanda rəqəmsallaşma, süni intellekt və yaşıl enerji sahələrində yeni standartların qəbul edilməsi planlaşdırılır.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində deyib.

O bildirib ki, qarşıdakı dövrdə standartlaşdırma sahəsində fəaliyyət ölkənin iqtisadi prioritetləri nəzərə alınmaqla davam etdiriləcək. Bu çərçivədə ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və enerji səmərəliliyi sahələrində də standartların qəbul edilməsi və təşviqi nəzərdə tutulur.

İ.Həsənovun sözlərinə görə, standartların tətbiqi istehsal proseslərinin səmərəliliyinin artırılmasına, məhsulun keyfiyyətinin yüksəldilməsinə, xərclərin optimallaşdırılmasına və məhsulların ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər.

Agentlik standartların əlçatanlığının təmin edilməsi və onların dövlət, cəmiyyət, sahibkarlıq subyektləri və ölkə iqtisadiyyatı üçün faydasının artırılması istiqamətində tədbirləri davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol