Menu

Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıblar

16.10.2026, 12:31
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanılıblar

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

"AzPolitika" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol