Azərbaycanda 2026-2028-ci illəri əhatə edən milli standartlaşdırma proqramı çərçivəsində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində məlumat verib.
Onun sözlərinə görə, proqram çərçivəsində ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik sahələri üzrə 532, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə isə 333 standartın qəbulu planlaşdırılır.
K.Məmmədzadə bildirib ki, Azərbaycanda standartlaşdırma fəaliyyəti də genişlənir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında 620 yeni dövlət standartı qəbul edilib. Onlardan 530-dan çoxu istinad standartlarıdır.
O, həmçinin qeyd edib ki, hazırda ölkədə müxtəlif sahələri əhatə edən 43 standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Onlardan üçü cari ildə yaradılıb.
Bundan başqa, energetika və ətraf mühit sahələrində enerji resurslarından səmərəli istifadə, istixana qazları emissiyalarının azaldılması və yaşıl iqtisadiyyata keçidi dəstəkləyən 60-dan çox standart qüvvədədir.


Şərhlər