Menu

"Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur" - Mariya Zaxarova

27.11.2020, 15:16
"Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur" - Mariya Zaxarova

Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə müvafiq hərbi mütəxəssislər məşğul olur.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı hər iki münaqişə tərəfi ilə iş aparılır:

“Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur. Hazırda bu barədə məlumatı olan ekspertlərlə iş gedir. Bu məsələ hərbçilərimizin daimi nəzarətindədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol