İranda nüvə alimi terror hücumu nəticəsində qətlə yetirilib (Yenilənib)

İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadə bu gün günorta saatlarında Tehranın şərqindəki Əbsərd şəhərində terror hücumu nəticəsində qətlə yetirilib.

“Report” “Fars”a istinadən xəbər verir ki, alimin olduğu avtomobil partladılıb, sonra isə pulemyot atəşinə tutulub. M.Fəxrizadə və avtomobildə olan daha bir nəfər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin dediyinə görə, partlayışdan sonra iki dəstə naməlum şəxslər avtomobili atəşə tutub, sonra da əks istiqamətlərdə uzaqlaşıblar. Həmçinin hadisə yerində 3-4 nəfərin öldüyü də bildirilir.

Təhlükəsizlik qüvvələrindən də bildiriblər ki, bu qəsdin hədəfində nüvə alimi olub. Bu məsələdə “Mossad”ın əli olduğu güman edilir.

***

İranda alim qətlə yetirilib. APA-nın Tehran bürosunun məlumatına görə, İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadə bu gün günorta saatlarında öldürülüb. 

Məlumata görə, Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadəyə sui-qəsd edilib, əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. M. Fəxrizadəni xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisə barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2018-ci ildə də M. Fəxrizadəyə sui-qəsd cəhdi olmuşdu.  

635x100

Şərhlər

Mubariz 2020-11-27 23:14:37

Öl yere gir israil qondarma bəşeriyyetin ALLAHin düšmeni.Gir ne gundedi alimleti sui qesd edir.Ne oldu bes deyirdiz dunyada en agilli milletik?Gorursen d7nya sissiz de var alimler yetisdirir.Sizler ise ogrusuz ve qatilsiz birde uşaq terroristi.ALLAH sizleri zelil ve rusvay edecek.InşëALLAH☝

Son yazılar