“Moldovadakı rus ordusu münaqişə tərəfidir” – Yeni prezident sülhməramlıların çıxarılmasını tələb edir

Rusiya tərəfi Moldovada prezident seçilmiş Mayya Sandunun Dnestryanıdakı Rusiya sülhməramlılarının bölgədən çıxarılması zərurəti barədə bəyanatının regionda tənzimləmə prosesini sarsıtmaq cəhdi kimi qiymətləndirir.

“AzPolitika.info” RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı noyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib. Bundan əvvəl Sandu “Yevropeyskaya Pravda” qəzetinə müsahibəsindıə demişdi ki, Dnestryanı münaqişəsinin həlli üçün oradakı Rusiya sülhməramlılarıçıxarılmalıdır.

Amma hazırkı moskvayönlü prezident İqor Dodon bu bəyanatı ciddi səhv adlandırıb.

Mariya Zaxarova deyib: "Biz bu bəyanatın Dnestryanı probleminin dinc tənzimlənməsi cəhdlərinin sarsıdılmasına yönəldiyini hesab edirik.

O iddia edib ki, Dnestryanıdakı Rusiya qoşunları əməliyyat qrupu ilk növbədə oradakı Rusiya sülhməramlı kontingentinin bir hissəsidir: "Xatırlatmaq istərdik ki, son 25 ildə regionda Rusiya sülhməramlılarının olması bu bölgədəki stabilliyi qoruyur, qan axıdılmasına imkan vermir və güllə səsləri eşidilmir.

Moldovada yenicə prezident seçilmiş Sandu deyib ki, o ölkəsinin bütövləşməsi və separatçı Dnestryanının Moldovanın yurisdiksiyası altına qayıtmasıüçün bir gün lazımi geosiyasi şəraitin yetişəcəyinə inanır.

Sandu bununla belə bəyan edib ki, münaqişənin dinc yolla həllinə tərəfdardır. O bildirib ki, tənzimləmənin hamıüçün məqbul variantı tapılmalıdır. Sandu vurğulayıb ki, Rusiya bu münaqişədə tərəf sayılmalıdır. O Moldovanın nə vaxtsa federallaşacağını istisna etdiyini deyib.

Hazırda Dnestryanıdakı Rusiya əməliyyat qrupunda 1700 əsgər var. Bundan başqa daha 500 Rusiya əsgəri Kolbasnada sovet dövründən qalma silah anbarını mühafizə edir.

Moldova hökuməti Rusiya qoşunlarının ölkəərazisindən çıxarılmasını dəfələrlə tələb edib. 15 noyabr seçkisində məğlub olmuş Dodon Rusiya qoşunlarının çıxarılmasına qarşıdır.

Krımın mənsubiyyəti barədə suala cavab verən Sandu deyib ki, yarımadanı Ukrayna torpağı hesab edir. Rusiya Sovet İttifaqı dağılandan bəri sülhməramlı kimi yeritdiyi qoşunları indiyədək heç bir yerdən çıxarmayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2020-11-28 12:51:21

Elə Qarabağa girən rus ordusu da münaqişə tərəfidir.Artıq,Putinin xəyanətkar buynuzu görünür..

Son yazılar