Menu

“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib

28.11.2020, 14:03
“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib

Türkiyənin “Fənərbaxça” klubu Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klub “Fənərbaxça” azarkeşi olan Niftalızadəyə Allahdan rəhmət diləyib: “Azərbaycanla Ermənistan arasındakı döyüşlərdə şəhid olan azərbaycanlı azarkeşimiz Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və “sarı-lacivərdli” əklil qoyulub. Azərbaycan ordusunda vəzifə başında olarkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olan digər qəhrəmanımız Fərid Dursunovun vəsiyyəti ilə məzarı üzərində “Qalatasaray” bayrağı dalğalandırılıb. “Qalatasaray” rəhbərliyi də buna biganə qalmayaraq, şəhidin atası ilə əlaqə saxlayıb.

Şərhlər

Shamil mellim 2020-11-28 14:54:25

Azerpoctun inkassatoru olan Reshad Rehimov gardashimiz da shehid olub. Lakin Azerpoct rehberi Emin Efendiyev shehid gardashimiza 1 manat da pul vermeyib yas merasimine de gelmeyib. Bu cur ermeni rehberler Azerpoctun rehberi ishlememelidirler.

Vetendas 2020-11-28 14:50:03

Sagolsun Turk gardashlarimiz

Vetendas 2020-11-28 14:48:39

Sagolsun Turk gardashlarimiz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol