Menu

Nigeriyada azı 110 nəfər öldürülüb

29.11.2020, 21:03
Nigeriyada azı 110 nəfər öldürülüb

Noyabrın 28-də Nigeriyanın şimal-şərqində "Boko xaram" qruplaşmasının silahlıları tərəfindən azı 70 fermer öldürülüb. “Report”un məlumatına görə, bu barədə bazar günü yerli hakimiyyətə istinadən“France-Presse” agentliyi bildirib.

"Ötən şənbə günü 43 həlak olmuş haqqında məlumatlar daxil oldu, ancaq hadisə yerinə gedəndən sonra aydın oldu ki, 70 insan öldürülüb", - Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib. O, bazar günü düyü sahələrinin yerləşdiyi və fermerlərin qətlə yetirildiyi Zabarmari kəndinə gedib.

Qeyd edək ki, "Boko xaram" qruplaşması 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. O, Afrikanın bu ölkəsində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. Qruplaşma 2009-cu ildən aktiv terror hərəkətlərinə başlayıb.

Agentlik eyni zamanda BMT-yə istinadən öldürülənlərin sayının azı 110 nəfər olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol