Əfqanıstanda terror aktında öldürülənlərin sayı 34 nəfərə çatıb

Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobilin kamikadze tərəfindən partladılması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hadisə zamanı habelə daha bir neçə nəfər yaralanıb. Həlak olanların və yaralıların hamısı hərbçilərdir.

Partlayışa görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar