Menu

Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir

30.11.2020, 14:33
Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir

"Rusiya sülhməramlı qoşunu və silah-sursatı Dnestryanıdan çıxmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu noyabrın 30-da keçirdiyi mətbuat konfransında bildirib.

“Moldova tərəfi ilə razılaşdırılmadan Dnestryanıda Rusiya Federasiyasının operativ qoşunu yerləşdirilib. Ona görə də dövlətimizin mövqeyi belədir - o qoşun və silah-sursat bizim ölkənin ərazisindən çıxarılmalıdır”, - o qeyd edib.

M.Sandu deyib ki, Dnestryanıda Rusiya sülhməramlılarını ATƏT-in bayrağı altında mülki insanlar əvəzləməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol