Menu

ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

01.12.2020, 11:21
ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 6 665,9 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% çoxdur.

Təkcə noyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 495,5 milyon dollar təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol