ANAMA və DİN-dən əhaliyə təhlükə XƏBƏRDARLIĞI - VİDEO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi (DİN) bir daha sakinləri naməlum və şübhəli əşalara toxunmamağa, xüsusilə də uşaqları tanımadıqları əşyalara əl vurmamağa və dərhal aidiyyəti üzrə “102” xidməti zəng mərkəzinə müraciət etməyə çağırır.

İşğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, vətəndaşların təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək müvəqqəti olaraq bu ərazilərə daxil olmaları qəti qadağandır və onlardan bu ərazilərə səfər etməmələri artıq dərəcədə xahiş olunur. 

635x100

Şərhlər

Xalq 2020-12-02 22:16:54

bu qədər mina basdırıblar bu şərəfsizlər. Niyə siz bir mətbuat konfransı çağırıb erməni tərəfini saxlayanlara nümayiş etdirmirsiniz bu minalanmış sahələri?

Son yazılar