Menu

Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi açıqlandı

03.12.2020, 01:18
Türkiyədə koronavirus əleyhinə kütləvi peyvəndin tarixi açıqlandı

Türkiyədə əhalinin koronavirus əleyhinə peyvənd olunmasına dekabrın 11-dən başlanılacaq. “Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Səhiyyə naziri NTV telekanalına bildirib ki, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları, həmçinin yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar. Türkiyəyə ilk koronavirus peyvəndlərinin dekabrın 11-də gətiriləcəyi gözlənilir. Peyvəndlər Çin istehsalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol