Menu

"Ermənilərin postuna az qalmış minaya düşdük" - Qarabağ qazisi (VİDEO)

03.12.2020, 19:02
"Ermənilərin postuna az qalmış minaya düşdük" - Qarabağ qazisi (VİDEO)

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də Amil Faiq oğlu Əliyevdir.

O, 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də isə döyüşlərə qatılıb. Müharibənin üçüncü günündə düşmən postuna çatmağına az qalmış minaya düşərək ağır yaralanıb və üç gün komada qalıb.

Amillə birlikdə əsgər yoldaşları da ağır yaralanıb, şəhid olublar. Hər iki gözünü itirən 22 yaşlı gənc isə hazırda şəhidlik zirvəsinə ucalan komandiri sayəsində sağ qalıb.

“Report” sözügedən süjeti təqdim edir:

Şərhlər

Xalq 2020-12-03 20:32:45

Allah sənin ürəyindəki arzulara çatdırsın oğlum! Qazi balam! Allah sənin gözünün açılmasına kömək olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol