Menu

ATƏT- in MİNSK QRUPU HƏMSƏDRLƏRİ YENƏ "XORTLADI" - Ermənilərə xidmət etmək istəyirlər

03.12.2020, 19:48
ATƏT- in MİNSK QRUPU HƏMSƏDRLƏRİ YENƏ "XORTLADI" - Ermənilərə xidmət etmək istəyirlər

ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndə heyəti rəhbərləri Qarabağla bağlı bəyanat veriblər. Bəyanatda həmsədrlər yenə regiona səfər etmək istədikləini açıq, ermənilərə xidmət etmək istədikləini isə dolaysıyla ifadə ediblə.  

“Report” xəbər verir ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının ilk gününün yekununa görə yayılmış bəyanatda Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, ABŞ dövlət katibinin müavini Steven Biqan Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin, Rusiya prezidentinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatına uyğun olaraq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başa çatmasını alqışlayıblar. 

Həmçinin hərbi əsirlərin və həlak olanların meytlərini qarşılıqlı təhvil vermək barədə beynəlxalq humanitar hüququn müddəalarının yerinə yetirilməsinin vacibliyi də bəyanatda əks olunub.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi dövründə, o cümlədən son hərbi əməliyyatlar zamanı didərgin düşmüş insanların könüllü və təhlükəsiz şəkildə geri qayıtması üçün müvafiq şərait yaradılmasının zəruri olduğunu, Dağlıq Qarabağda və ətraf ərazilərdə tarixi, dini mirasın mühafizəsinin əhəmiyyətini də vurğulayıblar", - deyə açıqlamada göstərilir.

Bəyanat müəllifləri həmsədrlərin himayəsilə uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün Azərbaycan və Ermənistanı hazırkı atəşkəsdən yararlanmağa da çağırırlar: “Bu baxımdan həmsədr ölkələr ilk fürsətdə həmsədrləri regionda qəbul edərək razılaşdırılmış cədvələ uyğun olaraq bütün həll olunmamış məsələlərə dair konkret danışıqlara başlamağa israrla çağırırlar”.

Şərhlər

Veteran 2020-12-04 10:47:24

Fransa getsin öz daxili problemlərini həll etsin.

Ramil 2020-12-03 21:55:36

Reyis belke bu Minsk qrupunu pasiki daliyca gonderesen

OQTAY 2020-12-03 21:02:35

Qehreman Azerbaycan Ordumuzun, ayaqqabisinin altinda qaldi,Minsk qrupu!!!

SEMED 2020-12-03 20:55:01

qarabaqdaki ermeniler AZERBAYCAN bayraqi altinda yasamaq istemirlerse MARSEL onlarin yolunu gozleyir redd olub getsinler gozel bir mahnida deyildiyi kimi hec bize lazim da deyil

Araz 2020-12-03 20:12:49

Hörmətsiz Minsk qrupu həmsədrləri zəhmət çəkib buralara gəlməyin Şanlı Azərbaycan Ordusu problemi həll edib.

Xalq 2020-12-03 20:12:31

minsk qrupunun həmsədrləri gəlirlər ki, ermənini yenə boynumuza mindirsinlər? O biri vətəndaşlar kimi yaşaya bilmirlər? bunlar ayrı yaşamaq istəyirlərsə qoy getsinlər Krasnodarda, Marseldə, Los-ancelesdə bunlara müstəqillik verilsin! Əl çəkin bizdən şərəfsizlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol